Britaniya və Fransa arasında miqrant razılaşması qüvvəyə mindi

Dünya

05.08.2025 09:53

5 avqustdan etibarən Böyük Britaniya və Fransa arasında qeyri-qanuni miqrantların geri qaytarılması ilə bağlı yeni pilot razılaşma qüvvəyə minib. 

TodayPress TV xəbər verir ki, razılaşmaya görə, La-Manş boğazını qayıqla keçən bəzi miqrantlar Britaniyada qohumları olsa belə, Fransaya geri göndəriləcək.

Bu razılaşma ilk dəfə ötən ay Fransa prezidenti Emmanuel Makronun Britaniyaya səfəri zamanı elan olunub. Miqrantların sayının artması bu addımın əsas səbəblərindən biridir. Rəsmi məlumatlara görə, bu il La-Manş boğazını qanunsuz keçənlərin sayı 25 mindən çoxdur və bu, ötən illə müqayisədə təxminən 50% artım deməkdir.

Yeni razılaşma çərçivəsində qayığı ilə Britaniyaya gələnlər dərhal Fransaya qaytarılacaq və oradakı immiqrasiya mərkəzlərində yerləşdiriləcəklər. Fransa isə yalnız Britaniyada sığınacaq müraciəti rədd olunan böyükləri qəbul edəcək. Əvəzində, eyni sayda insan yoxlamalardan keçərək qanuni yolla Britaniyaya daxil ola biləcək.

Bu pilot layihə 2026-cı ilin iyun ayına qədər davam edəcək.

Türkan İsgəndərli

tag: Britaniya,Həbs,Fransa,Miqrant,Todaypress.tv,