Britaniya Ukraynaya 500 mindən çox "Zenit" verəcək
Dünya
10.07.2025 16:22
Böyük Britaniya hökuməti Ukraynaya 5000-dən çox hava hücumundan müdafiə (zenit) raketi tədarük edəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, raketlər Belfastda yerləşən “Thales” şirkəti tərəfindən istehsal olunacaq.
Britaniya hökumətinin məlumatına görə, bu tədarük həm Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək, həm də Britaniyanın öz hərbi-sənaye potensialına müsbət təsir göstərəcək.
Tədarük Romada Ukraynanın bərpası üzrə keçiriləcək konfrans çərçivəsində London və Kiyev arasında imzalanacaq müdafiə sazişi əsasında həyata keçiriləcək.
Sənəddə vurğulanır ki, bu razılaşma Britaniyaya müdafiə xərclərini artırmaq və yeni iş yerləri yaratmaq imkanı verəcək. Bu addım həm Ukraynaya dəstəyi gücləndirir, həm də Britaniyanın müdafiə sənayesini iqtisadi baxımdan stimullaşdırır.
Türkan İsgəndərli
tag: Britaniya,Ukrayna,Zenit,Raket,Todaypress.tv,