BMT Baş katibi İsrail və İrana çağırış etdi

BMT Baş katibi İsrail və İrana çağırış etdi
18.06.2025 22:28 Dünya

BMT Baş katibi Antoniu Quttereş İsrail və İran arasında davam edən gərginliyin artmasından dərin narahatlığını ifadə edib.

TodayPress TV bu barədə “Report”a istinadla bildirir ki, Baş katib bununla bağlı yayımladığı bəyanatda qeyd edib ki, o, Yaxın Şərqdə İsrail və İran arasında davam edən hərbi eskalasiyadan son dərəcə narahatdır: “Təcili olaraq gərginliyin azaldılması və atəşkəsə doğru addımların atılması üçün yenidən çağırış edirəm”.

O, həmçinin münaqişənin beynəlxalq miqyasda daha da genişlənməsinin qarşısının alınması üçün bütün tərəflərə çağırış edib: “Əlavə hərbi müdaxilələr təkcə birbaşa iştirak edən tərəflər üçün deyil, bütün region və beynəlxalq sülh və təhlükəsizlik üçün böyük fəsadlara səbəb ola bilər”.

A.Quterreş dinc əhaliyə qarşı törədilmiş fəlakətli insan itkilərini, xəsarətləri, yaşayış evlərinə və mülki infrastruktura vurulan ziyanı qəti şəkildə pisləyib.

Baş katib qeyd edib ki, diplomatiya İranın nüvə proqramı və regional təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqların həlli üçün yeganə yol olaraq qalır: “BMT nizamnaməsi bizi müharibə bəlasından xilas etmək üçün ortaq çərçivəmizdir. Bütün üzv dövlətləri nizamnaməyə və beynəlxalq, o cümlədən beynəlxalq humanitar hüquqa tam əməl etməyə çağırıram. Diplomatiya yeganə həll yoludur. Münaqişənin böyüməsinin qarşısını almaq hamımızın məsuliyyətidir”.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər