Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi

Dünya

21.06.2025 11:32

Pakistan hökuməti ABŞ Prezidenti Donald Trampı Hindistan və Pakistan arasındakı münaqişədə qətiyyətli diplomatik müdaxiləsinin tanınması məqsədilə Nobel Sülh Mükafatına namizəd göstərib.

TodayPress TV xəbər verir ki, bu barədə "RBC-Ukraina" Pakistan hökumətinin rəsmi "X" səhifəsinə istinadən məlumat yayıb.

Hökumətin bəyanatında bildirilib ki, regional gərginliyin artdığı vaxtda Prezident Tramp həm İslamabad, həm də Yeni Dehli ilə aktiv diplomatik əməkdaşlıq sayəsində sürətlə pisləşən vəziyyətin yumşaldılmasına səbəb olan böyük strateji baxış və yüksək dövlət müdrikliyi nümayiş etdirib.

Bəyanatda Trampın fəaliyyətinin "həqiqi sülhməramlı rolunun göstəricisi" olduğu qeyd olunub.

Pakistan hökuməti həmçinin ABŞ prezidentinin Kaşmir bölgəsində münaqişənin həllində "əsas rol" oynadığını vurğulayıb.

Töhfə Səməd

tag: Pakistan ,ABŞ,Donald Tramp,Hindistan,Nobel Sülh Mükafatı,todaypress.tv,