Balıkesirdəki zəlzələdən sonra 100-dən çox afterşok qeydə alındı- YENİLƏNDİ

Dünya

28.10.2025 06:40

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 102 afterşok qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu rəqəm Türkiyənin Boğaziçi Universitetinin Kandilli Rəsədxanasının saytında öz əksini tapıb.

Belə ki, 27 oktyabrda Türkiyə saatı ilə 22:48-də baş vermiş zəlzələdən sonra 28 oktyabr saat 3:38-ə olan məlumata əsasən, 102 təkrar təkan yaşanıb. Onlardan ən güclüsü 4,3 maqnitudada olub. Son qeydə alınan yeraltı təkanın maqnitudası isə 3,5 olub.

Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində üç bina və bir mağaza uçub, 22 nəfər xəsarət alıb.

***

03:28

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı bəlli olub.

TodayPress TV xəbər verir ki, bu barədə vilayət rəhbəri İsmail Ustaoğlu jurnalistlərə açıqlamasında danışıb.

O qeyd edib ki, zəlzələdən ümumilikdə 22 nəfər zərər çəkib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Onlardan 18 nəfəri evə buraxılıb, 4 nəfərinin müalicəsi isə xəstəxana şəraitində davam edir.

Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində üç bina və bir mağaza uçub.

TodayPress TV

tag: Zəlzələ, Türkiyə,Balıkesir,Yaralı, todaypress.tv,