İspaniyada müsəlman dini mərasimlərini qadağan etdi

Dünya

07.08.2025 16:00

İspaniyanın Mursiya bölgəsində yerləşən Jumilla şəhərində bələdiyyə şurası, şəhərin idman obyektlərində müsəlman dini bayramlarının keçirilməsini qadağan edən yeni düzəlişi təsdiqləyib. 

TodayPress TV xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb. 

Bildirilib ki, 30 minə yaxın əhalisi olan Jumilla şəhərində təxminən 1500 müsəlman yaşayır. Onların hər il Fitr və Qurban bayramları münasibətilə şəhərin idman obyektlərində təşkil etdikləri kütləvi namaz məclisləri artıq qadağan olunur. 

Yeni düzəlişdə qeyd olunur ki, bələdiyyəyə məxsus obyektlər yalnız rəsmi qurumlar tərəfindən təşkil edilən tədbirlər üçün istifadə oluna bilər. Qeyri-rəsmi dini, sosial və mədəni tədbirlərə bu məkanlarda icazə verilməyəcək. 

Qanun dəyişikliyində məqsədin “yerli kimliyi və ənənəvi dini dəyərləri qorumaq” olduğu bildirilir. Həmçinin, bələdiyyə orqanlarına bu dəyərləri təşviq edən fəaliyyətləri dəstəkləmək tövsiyə olunur. 

Məlumatda vurğulanır ki, bu qərar İspaniyada İslam bayramlarının ictimai yerlərdə keçirilməsini məhdudlaşdıran ilk qanuni addım kimi qiymətləndirilir. 

Aysel Mətləb

tag: İspaniya,Müsəlman,Dini bayram,İslamofobiya ,Todaypress.tv,