Avstraliyada 230 mindən çox ölümün qarşısı alındı

Dünya

09.07.2025 14:40

1980-ci illərdən bəri Avstraliyada 230 mindən çox insanın xərçəngdən ölümü qarşısı alınıb.

TodayPress TV xəbər verir ki, bu nəticə "Australian and New Zealand Journal of Public Health" jurnalında dərc olunan yeni tədqiqatda əksini tapıb.

Bildirilib ki. siqaretə qarşı kampaniyalar, yaxşılaşdırılmış skrininq proqramları və müasir müalicə üsulları xərçəngdən ölüm hallarını ciddi şəkildə azaldıb:

“Hazırda onillərlə davam edən xərçənglə mübarizə tədbirlərinin təsirini aydın şəkildə görürük. Bu bir növ qar topu effekti yaradır”.

Tədqiqatda qeyd olunur ki, 1980-ci illərdən bu yana xərçəngdən ölüm riski kişilərdə 20%, qadınlarda isə 11% azalıb.

Ən böyük azalma ağciyər, döş, uşaqlıq boynu və mədə xərçəngi üzrə qeydə alınıb. Lakin qaraciyər və beyin xərçəngindən ölüm halları hələ də artmaqdadır. Alimlər bunu daha çox həyat tərzi amilləri və xroniki infeksiyalarla əlaqələndirir.

Mütəxəssislər xəbərdarlıq edir ki, 2030–2044-cü illər arasında xərçəng hallarının 50 faiz artacağı proqnozlaşdırılır. Bu isə Avstraliyada yaşlanan əhali ilə bağlıdır. Onların fikrincə, profilaktika və erkən diaqnostika sahəsinə davamlı sərmayə yatırmaq həyati əhəmiyyət daşıyır.

Qiymət Mahir

tag: Avstraliya,Tədqiqat,Ölüm,Xərçəng,Todaypress.tv,