Uşakov Putinlə Trampın görüş yerini açıqladı

Dünya

14.08.2025 14:45

"Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri Donald Trampın görüşü Qələbənin 80 illiyi ilində sovet pilotlarının dəfn olunduğu yerin yaxınlığında keçiriləcək".

TodayPress TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakovun sözlərinə görə, Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasının yanında yerləşən memorial qəbiristanlıqda 1942–1945-ci illərdə ABŞ-dən SSRİ-yə “Lend-liz” proqramı çərçivəsində təyyarə aparılarkən həlak olmuş doqquz sovet pilotu, iki hərbçi və iki mülki şəxs dəfn olunub.

“Görüş, ölkələrimizin xalqlarının döyüş qardaşlığını xatırladan tarixi əhəmiyyətli məkanın yaxınlığında keçiriləcək. Bu isə xüsusilə nasist Almaniyası və militarist Yaponiyaya qarşı Qələbənin 80 illiyi ilində çox rəmzi məna daşıyır”, – Uşakov qeyd edib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti danışıqlara işgüzar əhval-ruhiyyə ilə hazırlaşır, görüşün müddəti isə prezidentlərdən asılı olacaq. Görüş başa çatan kimi Rusiya nümayəndə heyəti dərhal yola düşəcək.

Qiymət Mahir

tag: Uşakov,Putin, Tramp,ABŞ,Todaypress.tv,