Rumıniya və Moldova birləşəcək?
Dünya
18.07.2025 17:12
Rumıniya prezidenti Nikusor Dan Moldova ilə birləşmə ideyasına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə verdiyi müsahibədə deyib.
Prezident qeyd edib ki, hazırda Moldova əhalisinin təxminən 35%-i birləşmə ideyasını dəstəkləyir.
O əlavə edib ki, əgər əhalinin əksəriyyəti indiki idarəetmə formasını dəstəkləyirsə, Rumıniya bu istiqamətdə heç bir addım atmayacaq.
Xatırladaq ki, Nikusor Dan mayın 18-də keçirilən prezident seçkilərində qalib gəlib və Avropa İttifaqı, NATO ilə inteqrasiya və Ukraynaya dəstək mövqeyini müdafiə edir.
Moldova prezidenti Maya Sandu isə 2023-cü ildə bildirib ki, Moldova vətəndaşlarının əksəriyyəti Rumıniya ilə birləşməni dəstəkləmir və bu səbəbdən hökumət əsas diqqətini Avropa inteqrasiyasına yönəldib.
Türkan İsgəndərli
tag: Rumıniya,Moldova,Almaniya,Birləşmək,Todaypress.tv,