AP: Rusiya sülhü öz şərtləri ilə qəbul etdirməyə çalışır
Dünya
01.06.2025 10:55
Rusiya ordusunun Ukrayna ərazisinə endirdiyi zərbələr fonunda Kremlin irəli sürdüyü sərt sülh tələbləri prezident Vladimir Putinin münaqişəni Moskvanın şərtləri əsasında həll etmək niyyətini ortaya qoyur.
TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” agentliyi analitik məqaləsində yazıb.
Yazının müəlliflərinə görə, Moskva şərtləri qəbul olunana qədər döyüşməyə davam edəcək. Eyni zamanda qeyd olunur ki, Kreml sülh danışıqlarına açıq olduğunu göstərməyə çalışır və ABŞ prezidenti Donald Trampı qıcıqlandırmamaq üçün ehtiyatlı davranır.
Materialda həmçinin iddia olunur ki, Rusiya yayda yeni hücum əməliyyatları planlaşdırır və bununla Ukraynanın əlavə ərazilərinə nəzarət götürərək daha sərt sülh şərtləri irəli sürmək niyyətindədir.
Qiymət Mahir
tag: Rusiya,Ukrayna,Moskva,Sülh,todaypress.tv,