Şeinbaum: "ABŞ siyasəti səbəbindən Meksikaya pul köçürmələri azalıb"
Dünya
23.08.2025 13:00
Meksika Prezidenti Klaudiya Şeinbaum açıqlayıb ki, ABŞ-nin sərt miqrasiya siyasəti səbəbindən iyul ayında ABŞ-də yaşayan meksikalıların göndərdiyi pul köçürmələri kəskin azalıb.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, iyulla müqayisədə köçürmələr 16 faiz geriləyib, 2025-ci ilin əvvəlindən isə ümumi azalma 5 faizə çatıb.
Bu, göstəriciləri 2022-ci il səviyyəsinə qaytarıb.
Şeinbaum qeyd edib ki, hökumət və Mərkəzi Bank bu azalmanın təsirlərini araşdırır və ailələri qorumaq üçün tədbirlər hazırlayır. O, mövcud vəziyyətin ölkə iqtisadiyyatı üçün risk yaratmadığını da vurğulayıb.
ABŞ 2026-cı ildən pul köçürmələrinə 1 faiz vergi tətbiq etməyi planlaşdırır. Meksika hökuməti isə həmin vergini kompensasiya etmək üçün xüsusi proqram elan edib.
Rəsmi məlumatlara görə, 2024-cü ildə ABŞ-də yaşayan 8 milyon meksikalı ölkəsinə 62,5 milyard dollar göndərib. Ekspertlər xəbərdarlıq edirlər ki, əlavə xərclər miqrantları qeyri-rəsmi kanallardan istifadə etməyə sövq edə bilər.
Qiymət Mahir
tag: Meksik,Klaudiya Şeinbaum,ABŞ,Pul,Köçürmə,Todaypress.tv,