“Amerikanın Səsi”ndən 600 nəfər çıxarıldı
Dünya
16.05.2025 13:23
ABŞ prezidenti Donald Trampın administrasiyası 600-ə yaxın “Amerikanın Səsi” radiosunun əməkdaşını vəzifəsindən azad edib.
TodayPress TV xəbər verir ki, bu barədə “New York Times” yazıb.
Uğradığı maliyyə itkilərindən sonra hökumət qrantlarından məhrum edilən qurumda əsasən müqavilə ilə çalışan jurnalistlər və bir sıra inzibati heyət işdən çıxarılıb. Bu, ümumi personalın üçdə birindən çoxunu təşkil edir.
Radionun direktoru Maykl Abramoviç bu qərarı əməkdaşlara göndərdiyi məktubda “izahsız” adlandırıb. O, mart ayında bildirib ki, qurumun 1300-dən çox əməkdaşı məzuniyyətə göndərilib və “Amerikanın Səsi” fəaliyyətini dayandırır.
Qəzetin məlumatına görə, işdən çıxarılan bəzi jurnalistlər iyunun sonunadək ABŞ-ni tərk etməli olacaqlar, çünki onların immiqrasiya statusu bu media qurumundakı işə bağlı olub.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Amerikanın Səsi,Radio,todaypress.tv,