Alyaska görüşü: Gündəmdə Ukraynada atəşkəs və nüvə sazişi var
Dünya
15.08.2025 11:10
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin avqustun 15-i Alyaskada görüşəcək. Danışıqlarda Ukraynada atəşkəs razılaşmasının əldə edilməsi qeyri-müəyyən qalır, lakin Putinin son anda irəli sürdüyü mümkün nüvə sazişi təklifi hər iki tərəfin mövqeyini qorumasına kömək edə bilər.
TodayPress TV "Reusters"ə istinadən xəbər verir ki, Soyuq müharibə dövrünə aid hərbi bazada baş tutacaq görüş Trampın Ağ Evə qayıdışından sonra iki liderin ilk üzbəüz danışıqları olacaq.
Görüş yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 23:00) keçiriləcək.
Tramp qeyd edib ki, Putinlə görüş uğurlu keçərsə, bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli sammitin təşkili Putinlə danışıqlar qədər, hətta daha vacib olacaq.
Qiymət Mahir
tag: Alyaska,Donald Tramp ,Rusiya , Vladimir Putin ,Todaypress.tv,