İsrail Qırmızı dəniz sahilindəki limana zərbələr endirdi
Dünya
21.07.2025 13:03
İsrail Hərbi Hava Qüvvələri Yəmənin Qırmızı dəniz sahilində yerləşən Hudeyda limanında husilərə məxsus bir sıra hərbi obyektləri hədəfə alıb.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Rəsmi açıqlamada bildirilib ki, İsrail ordusu husilərə məxsus hərbi infrastrukturu məhv edib. Hücumlar zamanı portun bərpası üçün istifadə edilən mühəndis texnikası, yanacaq anbarları, hərbi məqsədlərlə istifadə olunan gəmilər və liman ətrafındakı dəniz zonasında yerləşən digər vasitələr hədəfə alınıb.
İsrail hərbçilərinin məlumatına görə, Hudeyda limanı İran tərəfindən husilərə silah göndərilməsi üçün istifadə olunub. Bu silahlar isə İsrail və onun müttəfiqlərinə qarşı həyata keçirilən terror hücumlarında tətbiq edilib.
Töhfə Səməd
tag: İsrail ,Hərbi Hava Qüvvələri,Yəmən,Qırmızı dəniz,Hudeyda ,Todaypress.tv,