Hindistanda güclü yağışlar torpaq sürüşməsinə səbəb oldu
Dünya
05.08.2025 16:28
Hindistanın Uttarakhand ştatının Dharali bölgəsində yağan güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində azı 4 nəfər həlak olub, 50-dən çox insan isə itkin düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “India Today” qəzeti məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının ilkin açıqlamasına görə, axtarış-xilasetmə işlərinə Hindistan ordusu və fövqəladə hallar qrupları cəlb olunub.
Uttarakhand ştatının Baş naziri Puşkar Sinq Dhaminin “X” sosial platformasında yaydığı açıqlamada bildirilir ki, torpaq sürüşməsi baş verən ərazilərdə yaşayan insanlar təhlükəsiz yerlərə təxliyə olunub və zərərçəkmişlərə bütün zəruri yardım göstərilir.
Hindistanın daxili işlər naziri Amit Şah Baş nazir Dhami ilə keçirdiyi görüşdə bölgəyə hər cür dəstəyin veriləcəyini qeyd edib.
Görgü şahidlərinin çəkdiyi görüntülərdə sürüşən torpaq kütləsinin evləri və bitki örtüyünü önünə qataraq daşıdığı açıq şəkildə görünür.
Qiymət Mahir
tag: Hindistan,Dharali,Uttarakhand ,Amit Şah,Todaypress.tv,