Çin nüvə zərbəsinin təsirini modelləşdirdi

Dünya

29.09.2025 02:27

Çin alimləri ilk dəfə olaraq yerin dərinliyində yerləşən hədəfə eyni anda üç nüvə zərbəsinin təsirini laboratoriyada modelləşdiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Təcrübə Nankin şəhərində Çin Xalq Azadlıq Ordusu Mühəndislik Universitetinin alimləri tərəfindən aparılıb. Məqsəd düşmən bunkerlərini tam məhv edə biləcək yeni silah sistemlərini sınaqdan keçirmək olub.

Alimlər bunun üçün xüsusi test sistemi yaradıblar və belə nəticəyə gəliblər ki, bu cür dəqiq və sinxronlaşdırılmış zərbələr üçün müasir texnologiyalar, o cümlədən hipersəs raketləri və güclü idarəetmə sistemləri lazımdır.

Qeyd edilib ki, belə zərbələr əvvəllər yalnız nəzəri olaraq mümkün sayılırdı.

Həmçinin xatırladılıb ki, ABŞ bu ilin iyununda İranın nüvə obyektlərinə zərbələr endirmişdi, lakin onların tamamilə məhv olunmadığı bildirilmişdi. Bu isə adi bombaların dərinlikdəki hədəfləri tam dağıtmaqda yetərli olmadığını göstərir.

TodayPress TV

tag: Çin,Nüvə,Test,ABŞ,Todaypress.tv,