Almaniyanın büdcə xərcləri rekord həddə çatdı
Dünya
09.10.2025 17:27
Almaniyanın ümumi büdcə kəsiri təxminən 62,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 15% azdır.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsi məlumat yayıb.
Kəsirin azalmasına baxmayaraq, dövlət xərcləri ilk dəfə olaraq 1,12 trilyon dollar həddini keçib və illik müqayisədə 6% artaraq 1,17 trilyon dollara yüksəlib.
Gəlirlər isə 7% artaraq 1,10 trilyon dollara çatıb. Artım əsasən vergi daxilolmalarının (8,2%) və sosial sığorta haqlarının (9,1%) çoxalması ilə izah olunur.
Federal büdcə kəsiri 38,1 milyard dollardan 32,2 milyard dollara enib, bələdiyyə büdcələrində isə əksinə, 18,8 milyard dollardan 21,1 milyard dollara yüksəlib.
Dövlət büdcələri səviyyəsində kəsir 7,6 milyard dollardan 2,6 milyard dollara, sosial təminat fondlarında isə 9,1 milyard dollardan 6,9 milyard dollara qədər azalıb.
Türkan İsgəndərli
tag: Almaniya,Kəsir,Fond,Büdcə,Todaypress.tv,
