Almaniyadan göndərilən “Patriot” sistemi Ukraynaya təhvil verildi
Dünya
01.01.2026 18:00
Almaniya tərəfindən təhvil verilən iki "Patriot" hava hücumundan müdafiə sistemi artıq Ukrayna şəhərlərini və vacib infrastrukturları qoruyur.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən sistemlərin yerləşdirilməsi Almaniya hökuməti ilə əldə olunmuş son razılaşmalar çərçivəsində mümkün olub.
Müdafiə Nazirliyi xatırladıb ki, “Patriot” ABŞ istehsalı olan zenit-raket sistemidir və dünyanın ən qabaqcıl hava hücumundan müdafiə vasitələrindən biri hesab olunur. Bu sistem təyyarələri, qanadlı və ballistik raketləri məhv etmək üçün nəzərdə tutulub, həmçinin yüksək sürətli və mürəkkəb hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Aysel Mətləb
tag: Almaniya,Patriot,Ukrayna ,ABŞ,Todaypress.tv,
