Almaniya MN "Patriotlar"ın Kiyevə çatdırılmasına başlandığını inkar etdi

Dünya

16.07.2025 17:23

ABŞ və NATO arasında əldə olunmuş razılaşma çərçivəsində Ukraynaya "Patriot" zenit-raket sistemlərinin tədarükü hələ razılaşdırma mərhələsindədir.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Mitko Müller jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda hansı sistemlərin veriləcəyi də daxil olmaqla konkret şərtlər razılaşdırılır”, - deyə Müller qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, "Patriot" kimi mürəkkəb bir sistemin təhvil verilməsi aylarla vaxt ala bilər: “Söhbət sadəcə anbarlardan götürülüb göndərilə biləcək bir texnikadan getmir”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "Patriot" komplekslərinin artıq NATO ilə razılaşdırılmış şəkildə tədarükünə başlandığını iddia etmişdi. Onun sözlərinə görə, bu sistemlər Almaniyadan göndərilir və sonradan Almaniya tərəfindən yenisi ilə əvəzlənir.

Töhfə Səməd

tag: ABŞ ,NATO ,Patriot,Ukrayna,Todaypress.tv,