Tramp Zelenski ilə təkbətək görüşəcək

Dünya

17.08.2025 23:30

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Avropa liderlərinin iştirakı olmadan təkbətək görüşəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “Das Bild” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, əvvəlcə Tramp və Zelenski arasında qapalı danışıqlar keçiriləcək, daha sonra isə Avropa İttifaqı və NATO nümayəndələri müzakirələrə qoşulacaqlar. Onların birgə işçi şam yeməyində iştirak edəcəyi və münaqişənin həlli yollarını geniş tərkibdə müzakirə edəcəyi bildirilir.

Xəbərdə qeyd olunur ki, Zelenskiyə görüşdə Almaniya kansleri Fridrix Merts, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Ciorcia Meloni, Finlandiya Prezidenti Aleksander Stubb və NATO baş katibi Mark Rutte müşayiət edəcək.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Zelenski,Avropa,Todaypress.tv,