ABŞ Qəzza məsələsi ilə bağlı Qətərlə danışıqlar aparacaq
Dünya
09.08.2025 19:00
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İspaniyanın İbiza adasında Qəzza zolağında davam edən münaqişənin həlli ilə bağlı danışıqlar aparmağı planlaşdırırlar.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, danışıqlara səbəb olan əsas məsələ İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzanın tam nəzarətə götürülməsi və əməliyyatların genişləndirilməsi ilə bağlı planının Nazirlər Kabineti tərəfindən təsdiqlənməsidir. Lakin planın dəqiq icra tarixi müəyyən edilməyib, bu isə hələlik diplomatik həll yollarına imkan saxlayır.
İsrail rəsmiləri bildiriblər ki, İsrail və HƏMAS “müharibənin dayandırılması” məsələsində tamamilə əks mövqelərdə olduqları üçün indiki mərhələdə hərtərəfli razılaşma mümkün deyil.
Türkan İsgəndərli
tag: İsrail,Qəzza,ABŞ,Avropa,todaypress.az,