Tehran üçtərəfli görüşə ev sahibliyi edəcək
Dünya
21.07.2025 13:20
İyulun 22-də İranın paytaxtı Tehranda Rusiya, İran və Çin nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi məlumat verib.
Diplomatın sözlərinə görə, görüşün əsas gündəm mövzusu İranın nüvə proqramı olacaq. Həmçinin Avropa İttifaqının bəzi üzv ölkələrinin BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etməyə yönəlmiş “snapback” mexanizmini işə salmaq təhdidləri də müzakirə olunacaq.
Görüş öncəsi, İran və Rusiya arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin hər iki ölkədə qanun qüvvəsinə mindiyi bildirilib. Bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.
Tərəflərin regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və beynəlxalq nüvə sazişləri ilə bağlı məsələləri də müzakirə etməsi gözlənilir.
Türkan İsgəndərli
tag: İran,Tehran,Rusiya,Çin,Todaypress.tv,