ABŞ daha 50 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq etdi

Dünya

09.10.2025 22:30

ABŞ Maliyyə Nazirliyi İran neftinin və mayeləşdirilmiş təbii qazının (LNG) satışı və nəqli ilə məşğul olan 50-dən çox fiziki və hüquqi şəxsə, eləcə də gəmilərə məhdudiyyətlər tətbiq edərək İrana qarşı sanksiyaları genişləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, bu qurumlar milyardlarla dollar dəyərində neft və neft məhsullarının ixracına şərait yaradıb, İrana xeyli gəlir gətiriblər və ABŞ üçün təhlükə yaradan terror qruplaşmalarına dəstək veriblər.

Sanksiyalar İran LNG-sinin satışından əldə edilən yüzmilyonlarla dolların dövriyyəsini təmin edən şəbəkəni, iyirmiyə yaxın "kölgə" gəmisinin istismarını, Çində neft terminalını və digər fəaliyyətlərə yönəlib.

Bu, Tramp administrasiyasının İran neftini almağa davam edən Çin neftayırma zavodlarını hədəf aldığı dördüncü sanksiyalar paketidir. Yeni tədbirlər iyul və avqust aylarında İran neftinin ixracında əsas vasitəçiləri hədəf alan sanksiyaları tamamlayır.

TodayPress TV

tag: ABŞ, Maliyyə, İran, Neft, Sanksiya, todaypress.tv,