Papuaşvili: "Aİ missiyasının fəaliyyətsizliyi Gürcüstanda zorakılığa “yaşıl işıq” yandırır"
Dünya
04.06.2025 15:49
Gürcüstan hakimiyyəti Avropa İttifaqının (Aİ) missiyasının ittifaq tərəfindən maliyyələşdirilən təşkilatların nifrət və zorakılıq hallarını açıq şəkildə qınamamasından məyus olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuashvilinin Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinskiyə ünvanladığı məktubda deyilir.
Parlament sədri məktubu sosial şəbəkədə paylaşaraq bildirib ki, bir neçə gün əvvəl səfir Herçinskiyə təkrarən müraciət edib və "Aİ-nin adı və maliyyəsinin nifrət, zorakılıq və təbliğat məqsədilə istifadə edildiyi narahatedici vəziyyətə" yenidən diqqət çəkib. Onun sözlərinə görə, məktub bu il mayın 30-da səfirə təqdim olunub.
"Avropa İttifaqının Gürcüstandakı missiyasının, Aİ və onun üzv dövlətləri tərəfindən maliyyələşdirilən şəxslərin Gürcüstan parlamenti və hökumət nümayəndələrinə qarşı davamlı təhqir kampaniyasını və aqressiv hücumlarını açıq şəkildə qınamamasından dərin məyusluğumu ifadə etmək istəyirəm", – deyə Papuashvili məktubunda qeyd edib.
Parlament rəhbəri əlavə edib ki, Aİ-nin dəyərlərinə zidd fəaliyyət göstərən, lakin təşkilatdan maliyyə alan şəxslərə və qurumlara qarşı missiyanın hərəkətsizliyi nifrət, zorakılıq və siyasi qütbləşməni qızışdırmaq üçün münbit şərait yaradır.
Töhfə Səməd
tag: Gürcüstan ,Aİ,Missiya,Şalva Papuashvili,todaypress.tv,