ABŞ-də 3200 "Boeing" işçisi tətilə çıxdı
Dünya
04.08.2025 12:43
ABŞ-nin Missuri və İllinoys ştatlarında "Boeing" şirkətində çalışan təxminən 3200 həmkarlar ittifaqı üzvü müqavilə danışıqları nəticəsiz qaldığı üçün avqustun 4-də tətilə çıxıb.
TodayPress TV xəbər verir ki, işçilər Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər Assosiasiyasının (IAM) 837-ci Dairəsinə aiddirlər.
Onlar "Boeing"in dördillik yeni əmək müqaviləsi təklifini qəbul etməyərək, şirkətin əvvəlki təklifini də iyulun 27-də rədd ediblər.
Tətil Sent-Luis, Sent-Çarlz (Missuri) və Maskouta (İllinoys) şəhərlərindəki "Boeing" zavodlarını əhatə edir.
Şirkət rəhbərləri bildiriblər ki, işçilər təhlükəsiz və layiqli əmək şəraiti, ailələrini təmin edə biləcək müqavilə tələb edirlər. Onlar həmrəylik və birliklə daha yaxşı gələcək üçün mübarizə apardıqlarını vurğulayıblar.
IAM ABŞ və Kanadada müxtəlif sənaye sahələrində 600.000-ə yaxın üzvü olan böyük həmkarlar ittifaqlarından biridir.
Türkan İsgəndərli
tag: ABŞ,Boeing,Tətil,İşçi,Todaypress.tv,