Ermənistan parlamentində dava düşdü
Dünya
08.07.2025 11:11
Ermənistan Milli Məclisində təhlükəsizlik xidməti əməkdaşları, deputatlar və onların köməkçiləri arasında fiziki qarşıdurma baş verib.
TodayPress TV xəbər verir ki, insident barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Hadisə “Ermənistan” fraksiyasının deputatı Kristinə Vardanyanın canlı yayım zamanı verdiyi açıqlama ilə gündəmə gəlib. Onun sözlərinə görə, dava deputat Artur Sarkisyanın çıxışdan sonra iclas zalını tərk etmək qərarı ilə başlayıb. Həmin anda “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vaqe Qalumyan ona hücum edib.
“Qalumyan onun arxasınca qaçaraq arxadan hücum etdi,” - deyə Vardanyan bildirib.
Hadisə daha da gərginləşib və nəticədə Dövlət Mühafizə Xidmətinin əməkdaşları iclas zalına daxil olaraq müdaxilə ediblər.
Agentlik yazır ki, Artur Sarkisyanın deputat toxunulmazlığından məhrum edilərək “hakimiyyəti zorla ələ keçirməyə cəhd və terror aktına hazırlıq” ittihamı ilə həbs olunması planlaşdırılır.
Hadisədən sonra parlamentin vitse-spikeri Ruben Rubinyan iclasa fasilə elan edib.
Qiymət Mahir