ABŞ-nin nəhəng aviadaşıyıcısı Yaxın Şərqə daxil oldu

ABŞ-nin nəhəng aviadaşıyıcısı Yaxın Şərqə daxil oldu
20.08.2026 19:45 Dünya

ABŞ-nin “USS George Washington” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub və hazırda Yaxın Şərqdə fəaliyyət göstərir.

TodayPress TV xəbər verir ki, bu barədə CENTCOM “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, “USS George Washington” aviadaşıyıcısı may ayında ABŞ-yə qayıtması planlaşdırılan “Abraham Lincoln” aviadaşıcısını əvəz etmək üçün Yaxın Şərqə gəlib.

Xatırladaq ki, avqustun 14-də ABŞ Prezidenti Donald Tramp qüvvələrin planlaşdırılmış rotasiyası çərçivəsində aviadaşıyıcının Yaxın Şərqdən qayıtmasını təsdiqləyib. Eyni zamanda, o, aviadaşıyıcının missiyasının həddindən artıq uzanması ilə bağlı iddiaları rədd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər