ABŞ-dən sərt sanksiya gözləntisi: Brüsseldən mesajlar
Dünya
26.08.2025 09:33
Avropa İttifaqı (Aİ) getdikcə daha açıq şəkildə anlayır ki, Rusiyaya qarşı sərt məhdudiyyətləri tətbiq etməkdə əsas yük Vaşinqtonun üzərinə düşür.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” yazıb.
Məqalədə Aİ-nin artıq neft və qaz idxalından mərhələli imtina öhdəliyi götürməsinə baxmayaraq, yeni sərt enerji məhdudiyyətlərinin gündəmdə olmadığı bildirilir. Dörd diplomata istinad edən nəşr qeyd edir ki, sentyabrda təqdim olunacaq 19-cu sanksiya paketi daha çox “kölgə donanması”na və Rusiyaya embarqonu aşmağa yardım edən şirkətlərə qarşı yönələcək.
Bunun fonunda isə “Reuters” yazır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqının rəqəmsal xidmətlər qanununa görə Avropa rəsmilərinə və üzv ölkələrinə qarşı sanksiyalar tətbiq etməyi müzakirə edir.
Qiymət Mahir
tag: Avropa İttifaqı ,Rusiya,Sanksiya,Donald Tramp,Todaypress.tv,