ABŞ daha 7 ölkəyə yeni tariflər tətbiq etməyə hazırlaşır
Dünya
09.07.2025 12:47
ABŞ prezidenti Donald Tramp ölkəsinin yaxın günlərdə bir sıra ölkələrə yeni ticarət tarifləri tətbiq edəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Truth" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, ən azı 7 ölkənin adı açıqlanacaq. Trampın son bəyanatı BRICS ölkələrinə qarşı sərt vergi siyasəti və Avropa İttifaqı ilə ticarət əlaqələrində artan gərginlik fonunda diqqət çəkib.
Mütəxəssislər bildirirlər ki, tarif siyahısına daxil ola biləcək ölkələr sırasında Tunis, Malayziya, Qazaxıstan, Cənubi Afrika, Bosniya və Herseqovina, İndoneziya, Serbiya, Banqladeş, Kamboca, Tayland, Laos və Myanma kimi dövlətlər yer ala bilər.
Xatırladaq ki, Tramp 14 ölkəyə tariflərlə bağlı xəbərdarlıq məktubu göndərildiyini bildirib. Prezident qeyd edib ki, əgər avqusta qədər razılıq əldə olunmasa, daha sərt tariflər qüvvəyə minəcək.
Bundan əlavə, Tramp BRICS-in ABŞ əleyhinə siyasəti ilə eyniləşdirilən ölkələrə tətbiq olunan gömrük rüsumlarının 10 faiz artırılacağını da elan edib
Türkan İsgəndərli
tag: ABŞ,Donald Tramp,BRICS,Rüsum,Todaypress.tv,