Tramp Ramafosaya qarşı “Zelenski ssenarisi”ni təkrarladı
Dünya
22.05.2025 09:37
ABŞ prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosaya qarşı Oval kabinetdə əvvəlcə Ukrayna prezidenti Volodimir Zelenski ilə yaşanan qalmaqala bənzər “öncədən planlaşdırılmış” situasiya yaradıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Hill” məlumat
yayıb.
Məqalə müəlliflərinin fikrincə, Tramp bu görüşdən daxili
auditoriyasına xoş gəlmək üçün istifadə edib:
“Bu dəfə Tramp Cənubi Afrika prezidenti Ramafosanı hədəfə
alıb. Eynilə, o və vitse-prezident Ceyms Devid Vens fevralın sonunda prezident
Zelenskiyə qarşı da oxşar tənqidi mövqe sərgiləmişdi”.
Qəzet yazıb ki, görüş Zelenski ilə olandan daha sakit keçsə
də, Trampın Oval kabinetdə işıqları azaldaraq Cənubi Afrikalı siyasətçilərin təhrikedici
çıxışlarından ibarət video nümayiş etdirməsi “əvvəldən qurulmuş pusqu” təsiri
bağışlayıb.
Prezident Ramafosa həmin iddiaları təkzib etsə də, Zelenski
üslubunda açıq qarşıdurmaya girməyib və Cənubi Afrika hökumətinin ağdərililərə
qarşı təzyiqləri dəstəklədiyi iddialarını rədd edib.
“The Hill” daha əvvəl yazmışdı ki, Ramafosanın müşavirləri
Vaşinqton səfəri zamanı prezidentin Oval kabinetdə Trampdan “sərt qarşılanma”
görəcəyindən ehtiyat edirdilər. Tramp isə bir qədər əvvəl “Zelenski Afrikada nə
cəhənnəm axtarırdı?” sualını gündəmə gətirmişdi.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp, Cənubi Afrika, Siril Ramafosa,todaypress.tv,