ABŞ-də kilsədə atışma oldu, 2 qadın öldü
Dünya
14.07.2025 10:16
ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən "Richmond Road" baptist kilsəsində atışma baş verib. Hadisə nəticəsində 2 qadın ölüb, 3 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, "CNN"in məlumatına görə, insident iyulun 13-də yerli vaxtla saat 11:35-də başlayıb.
Polis "Blue Grass" hava limanı yaxınlığında şübhəli avtomobili saxlayarkən sürücü atəş açaraq əməkdaşı yaralayıb və maşını oğurlayaraq hadisə yerindən qaçıb.
Cinayətkar daha sonra hava limanından təxminən 24 kilometr aralıda yerləşən baptist kilsəsinə gəlib və oradakı insanlara atəş açıb. Leksinqton polis rəisi Lourens Vezers bildirib ki, hücum nəticəsində 72 və 32 yaşlı iki qadın həlak olub, iki kişi yaralanıb. Yaralılardan biri kritik, digəri isə stabil vəziyyətdədir. Yaralanan polis əməkdaşının da vəziyyəti stabildir.
Hücum edən şəxs hadisə yerinə gələn polis qüvvələri tərəfindən zərərsizləşdirilib.
Hazırda hücumçunun kilsədəki şəxslərlə əlaqəsi olub-olmadığı araşdırılır.
Qiymət Mahir
tag: ABŞ,Polis,Kentukki,Leksinqton ,Todaypress.tv,