Peskov: "Növbəti danışıqların harada keçiriləcəyi hələ razılaşdırılmayıb"

Dünya

23.05.2025 15:16

Rusiya və Ukrayna arasında növbəti danışıqlar raundunun harada keçiriləcəyi hələlik məlum deyil.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "TASS"ın sualını cavablandırarkən məlumat verib.

"Xeyr, hələlik danışıqların növbəti mərhələsinin keçiriləcəyi platforma ilə bağlı qərar və ya razılaşma yoxdur. Təbii ki, bu cür qərar birtərəfli qaydada qəbul edilə bilməz. Bunun üçün hər iki tərəfin razılığı tələb olunur. Vaxtı çatanda bu qərar qəbul ediləcək" deyə Kremlin nümayəndəsi bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqlar 16 may tarixində İstanbulda yenidən başlayıb.

KİV-də danışıqların növbəti raundunun Vatikan şəhərində keçirilə biləcəyi barədə ehtimallar səsləndirilsə də, Kreml bu məsələdə hələlik konkret razılaşmanın olmadığını bildirib.

Töhfə Səməd

tag: Rusiya ,Ukrayna,Dmitri Peskov ,KİV,todaypress.tv,