ABŞ artilleriya istehsalını artırır

ABŞ artilleriya istehsalını artırır
18.06.2025 17:50 Dünya

ABŞ müdafiə sənayesi 2025-ci ildə 1 milyon ədəd 155 mm-lik artilleriya mərmisi istehsal etməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Defense One" məlumat yayıb.

Bildirilib ki, hazırda istehsal həcmi aylıq 40 min mərmi təşkil edir, lakin bu rəqəmin 100 minə çatdırılması və daha da artırılması planlaşdırılır.

ABŞ Müdafiə Nazirliyi bu məqsədlə təxminən 5 milyard dollar ayırıb. Bu vəsait istehsal gücünün modernləşdirilməsi və yeni zavodların tikintisi üçün istifadə olunur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər