25 ölkə İsraili müharibəni dayandırmağa çağırdı
Dünya
21.07.2025 18:04
25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə komissarı Hacca Lahbib İsrailə Qəzza zolağında müharibəni dayandırmaq və humanitar yardımın çatdırılmasına icazə vermək çağırışı ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi birgə bəyanat yayıb.
Nazirlər İsrailin humanitar yardım modelini tənqid edərək bildiriblər ki, bu mexanizm təhlükəlidir, qeyri-sabitliyi artırır və Qəzza əhalisini insan ləyaqətindən məhrum edir.
Bəyanatda İsrail hökumətinə humanitar yardıma qoyulan məhdudiyyətləri dərhal aradan qaldırmaq və BMT ilə QHT-lərin yardım fəaliyyətlərinə təhlükəsiz şərait yaratmaq çağırışı edilib.
Bəyanatı imzalayan ölkələr arasında Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya, İslandiya, İrlandiya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Sloveniya, Finlandiya, Fransa, Yaponiya, İsveçrə və digər dövlətlər yer alır
Türkan İsgəndərli
tag: Aİ,Yardım,Britaniya,İsrail,Todaypress.tv,