Əraqçi: "Aİ-3 ilə danışıqlar öz mənasını itirib"
Dünya
31.07.2025 11:32
“Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) ilə danışıqlar öz mənasını itirib, çünki avropalılar İranın nüvə proqramı ətrafında yaranmış böhranı həll etmək üçün təsirli addımlar ata bilmirlər”.
TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Financial Times” qəzetinə müsahibəsində deyib.
"İndi avropalılarla danışıqlar aparmağın mənası yoxdur. Çünki onlar sanksiyaları ləğv edə bilməzlər. Əgər onlar BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasını həyata keçirməyə çalışsalar, bu, onların sonu olacaq", - deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Qeyd edək ki, Avropa üçlüyü və İran arasında sonuncu görüş ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından bir müddət əvvəl, yanvar ayında baş tutub.
Aysel Mətləb
tag: İran,XİN,Əraqçı,Aİ-3,Todaypress.tv,