Makronla Starmer arasında gərginlik: “İstəkli ölkələr koalisiyası” dağılır?

Dünya

07.07.2025 09:25

“Politico”nun yazdığına görə, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında yaranmış fikir ayrılığı Ukraynaya dəstəklə bağlı yaradılmış “İstəkli ölkələr koalisiyası”nın dağılma riski ilə nəticələnə bilər.

TodayPress TV xəbər verir ki, fransız rəsmilər koalisiyanın hazırda aydın bir istiqamətə sahib olmadığını bildirir və bunu Londonun ABŞ-dən hələ də reallaşmayan təhlükəsizlik zəmanətlərinə həddən artıq önəm verməsi ilə əlaqələndirirlər.

Digər tərəfdən, Böyük Britaniyada isə Makronun diqqətini prezidentlik dövrünün sonuna və şəxsi siyasi mirasına yönəltməsi tənqid edilir. Mənbələrin bildirdiyinə görə, Fransa prezidenti özünü bir növ “sülhyaratma missiyası”nın daşıyıcısı kimi təqdim etməyə çalışır.

“Politico” qeyd edir ki, iki lider arasında münasibətlərin gərginləşməsinin əsas səbəbi ABŞ-yə yanaşma məsələsindəki fərqlərdir. 

Qiymət Mahir

tag: Fransa ,Emmanuel Makron,Böyük Britaniya,Kir Starmer,Todaypress.tv,