120 minə yaxın ukraynalı qaçqın ABŞ-dən deportasiya oluna bilər

Dünya

15.08.2025 18:30

ABŞ-də təxminən 120 min ukraynalı qaçqın yaxın günlərdə müvəqqəti humanitar statusunu itirdiyi halda deportasiya riski ilə üzləşə bilər.

TodayPress TV xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, bu, ABŞ-nin keçmiş prezident Cozef Baydenin rəhbərliyi ilə təsdiqlədiyi və iki illik, yenilənə bilən status verən proqramın uzadılmaması halında baş verəcək.

Proqram çərçivəsində qaçqınlar özlərini qəbul edəcək şəxsi amerikalı sponsor tapmalı idilər.

Ümumilikdə, “Ukrayna naminə birləşmə” (Uniting for Ukraine, U4U) proqramı ilə ABŞ-yə 250 minə yaxın ukraynalı gəlib. 2023-cü il avqustun 16-dək ölkəyə daxil olanlar hələ də ayrıca “müvəqqəti qorunan status” proqramından faydalana bilir. Lakin həmin tarixdən sonra gələn 120 minə yaxın şəxs statuslarının müddəti başa çatdıqda qeyri-qanuni miqrant hesab oluna bilər.

Qiymət Mahir

tag: ABŞ ,Ukrayna,Proqram ,Qaçqın,Todaypress.tv,