Məşhur kəşfiyyatçı Qafan şəhərinə qədər baş verənləri açdı - "Mais Bərxudarova dedim ki..."

Məşhur kəşfiyyatçı Qafan şəhərinə qədər baş verənləri açdı - "Mais Bərxudarova dedim ki..."
27.09.2026 09:37 Təhlil

Keçmiş kəşfiyyatçı Novruz Qəriboğlu Məmmədzadə 6 il əvvəl baş verən hadisələrdən danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, həmin dövrdə general Mais Bərxudarova bir vaxtlar general Xəqani Cəbrayılovun taborunda kəşfiyyat tağımının xüsusi qrupunda əsgər olduğunu deyib. Keçmiş kəşfiyyatçı qeyd edib ki, Kafan şəhəri, Süsən dağı və Hərtuz dağı ərazisini yaxşı tanıyıb.

N. Qəriboğlunun sözlərinə görə, bundan sonra həmin istiqamətdə Çərəli kəndi-Hərtuz dağı istiqamətinə göndəriləcək qrup-tağım hazırlanıb.

"General müavininə dedi ki, qrupun adını bloknotda "Vənətli" qrupu kimi qeyd et".

Keçmiş kəşfiyyatçı “Vənətli” adının birinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonunda xidmət etdiyi 3-cü taborun qərargahının yerləşdiyi kəndin adı olduğunu vurğulayıb.

“Rəhmətlik Elmanın dedikləri dillər əzbəri idi: “Ayə niyə oturmusunuz, durun gedək Çərəli tərəfdə erməniləri okrujeniyaya alaq””, – deyə o sonda qeyd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər