Gürcülər Azərbaycana xaç yürüşünə başladılar? - Kilsə qalmaqalı

Gürcülər Azərbaycana xaç yürüşünə başladılar? - Kilsə qalmaqalı
27.09.2026 11:20 Təhlil

"Gürcülər Azərbaycanın güclənməsindən və Qarabağı öz ərazilərinə qatmasından sonra ölkənin ən ucqar şimal-qərb torpaqlarının bərpası istəyinə düşə biləcəyindən narahatdırlar".

TodayPress TV xəbər verir ki, bunu tarixçi alim Taleh Cəfərov sosial şəbəkə hesabında yazıb.

O, bu barədə danışarkən Gürcüstanın son illər Azərbaycanla bağlı siyasətinin “hücum diplomatiyasına” əsaslandığını bildirib.

Tarixçinin sözlərinə görə, Gürcüstan bu səbəbdən Azərbaycana qarşı “qara məni basınca, mən qaranı basım” düşüncəsi ilə hərəkət etməyə başlayıb.

T. Cəfərov qeyd edib ki, gürcülər Azərbaycanı Borçalı torpaqlarından yayındırmaq üçün Gürcüstan sərhədlərinə yaxın ərazilərdə yerləşən qədim alban məbədlərinə vaxtaşırı iddia irəli sürürlər:

“Gürcüstan bununla çox hiyləgər oyun oynayır və Azərbaycanın diqqətini Borçalıdan yayındırmaq siyasətini həyata keçirir”.

O vurğulayıb ki, Azərbaycan Gürcüstanın “kilsə hiyləsini” anlayır və buna qarşı “yumşaq güc”dən istifadə edərək tarixi Borçalı torpağında öz siyasətini həyata keçirməlidir.

“Bizim Borçalı ilə bağlı planlarımız heç vaxt arxa plana atılmamalıdır. Onsuz da tarixi mənbələr bu torpağın Azərbaycana məxsus olduğunu təsdiq edir”, - deyə o bildirib.

Tarixçi alim əlavə edib ki, mənbələr Azərbaycanın ən ucqar şimal-qərb nöqtəsini Hunnan qalası ilə hüdudlandırır. Onun sözlərinə görə, bu ərazi Tiflisə yaxın yerləşir və bu, həmin ərazilərin Azərbaycana məxsus olduğunu göstərir.

“Biz isə bu hiyləgər oyunu mütləq şəkildə pozmalıyıq”, - deyə T. Cəfərov sonda vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər