Kamran Əliyev və prokurorluq rəhbərliyi Zəfər abidəsini ziyarət etdi

Kamran Əliyev və prokurorluq rəhbərliyi Zəfər abidəsini ziyarət etdi
27.09.2026 11:12 Gündəm

Baş prokuror Kamran Əliyev, müavinləri və prokurorluğun rəhbər şəxsləri Zəfər abidəsini ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, prokurorluq əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər