Türkiyə ilə Ermənistan gizli razılaşma bağlayıb - SENSASİYA

Türkiyə ilə Ermənistan gizli razılaşma bağlayıb - SENSASİYA
27.09.2026 10:24 Təhlil

Türkiyənin Ermənistanla sərhədlərini açmaq planı ilə bağlı sensasion məlumatlar sosial şəbəkədə gündəm olub.

TodayPress TV xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib.


O bildirib ki, əldə etdiyi məlumata görə, Türkiyə hakimiyyəti yaxın vaxtlarda Ermənistanla sərhədlərini açmağa hazırlaşır.

Hərbi ekspert iddia edib ki, bunun Azərbaycanda böyük narazılıqla qarşılanacağını bilən Türkiyə hakimiyyəti daxilində Azərbaycandan düşmən obrazı yaratmaqla bağlı təhlükəli tezis ortaya atılıb. O, son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı aparılan “qarayaxma, şərləmə kampaniyası”nın da bu planın tərkib hissəsi olduğunu iddia edib.

Onun sözlərinə görə, məqsəd Azərbaycanın Türkiyənin İsraillə bağlı mövqeyinə qarşı addımlar atdığı görüntüsünü yaratmaq və Ankaranın Bakının mövqeyini nəzərə almamasını bununla əsaslandırmaqdır:

“Yəni Türkiyənin Ermənistanla sərhədlərini açmağa görə elə Azərbaycan özü günahkar bilinsin”.

Ə. Verdiyev həmçinin bildirib ki, Ermənistanla sülh müqaviləsinin imzalanmamasının səbəblərindən biri Ermənistan Konstitusiyasında Türkiyənin ərazi bütövlüyünə qarşı ərazi iddialarının olmasıdır.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər