Milli Məclisdə bəzi dərsliklərlə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə bəzi dərsliklərlə bağlı dinləmə keçiriləcək
11.09.2025 11:22 Daxili siyasət

Milli Məclisdə Azərbaycan dili, Ədəbiyyat və Tarix fənlərinin dərslikləri ilə bağlı dinləmə keçiriləcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərli komitənin bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, bu məsələ parlament komitəsinin 2025-ci il payız sessiyasının iş planına daxil ediləcək: 

"Bununla bərabər, Elm və təhsil komitəsi əməkdaşlarının ali məktəblərlə görüşünün təşkil edilməsi də nəzərdə tutulur. Ola bilər ki, bölgələrdəki ali təhsil müəssisələrinə də getdik".

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUN 2026
Bütün Xəbərlər