Zəngilana qayıdan veteran öz yurdunda ümid bağı salır - FOTOLAR

Cəmiyyət

06.09.2025 15:16

"Qarabağa qayıdış"la bağlı məsələlər öz aktuallığını qoruyub saxlamaqdadır.

TodayPress TV - nin xəbərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu dəfə də maraqlı paylaşım edib.

Belə ki, hər iki Qarabağ müharibəsi iştirakçısı Səxavət İsgəndərov doğma yurdunda bağ salması görüntüləri hər kəs tərəfindən maraqla və xoş qarşılanıb.


1970-ci il təvəllüdlü Səxavət İsgəndərov hər iki Qarabağ müharibəsinin iştirakçısıdır.

Zəfərdən sonra doğma Zəngilana qayıdan veteran, bu gün öz torpağında - evinin həyətində müxtəlif növ tərəvəzlər becərir.


Yetişdirdiyi bitkilər, güllər, ağaclar Vətən torpağını gülüstana çevirir.



Səxavət İsgəndərov doğma Zəngilan torpağında daimi məskunlaşmısını, orada qurub-yaratmasını böyük sevinc və fəxarət hissi ilə danışır. Onun vətənə bağlılığı və zəhmətkeşliyi bütün geri qayıtmağa hazırlaşan sakinlər üçün bir nümunədir.



Qeyd edək ki, bu cür hallar qayıdışla bağlı görülən işlərin ciddiliyindən xəbər verir və o cümlədən Qarabağa qayıdan, qayıtmaq istəyən hər kəs üçün bir stimula çevrilir.

Necə deyərlər, "Vətən bağı al-əlvandır".

TodayPress TV

tag: Qayıdış,Zəngilan,Qarabağ,Vətən,Todaypress.tv,