YAP-ın Xaçmaz təşkilatının sədri saxlanılıb? - AÇIQLAMA
“Mənim saxlanılmağım barədə məlumat doğru deyil. Bu xəbəri kimsə məqsədli ötürüb. Mən YAP-ın rayon təşkilatının sədri idim. Artıq bu vəzifədən də getdim. İndi evimdə oturmuşam”.
TodayPress TV xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında saxlanılması barədə yayılan məlumatları şərh edən YAP Xaçmaz Təşkilatının eks sədri Məhəmməd Balaqadaşov deyib.
O, barəsində hər hansı istintaq hərəkətlərinin aparılıb-aparılmaması barədə suala isə belə cavab verib: ”Mən bu dəqiqə sizlə danışıram. İnanmırsınızsa, gəlin Xaçmaza”.