Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO

Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO
09.07.2026 13:19 Cəmiyyət

Türkiyədə sərnişin daşınması ilə məşğul olan şirkətlərdən birində azərbaycanlı sərnişinə qarşı dəhşətli zorakılıq hadisəsi baş verib. 

TodayPress TV xəbər verir ki, İstanbul-Iğdır marşrutu üzrə hərəkət edən "Aras Turizm" şirkətinə məxsus avtobusun sürücüsü naxçıvanlı sərnişini vəhşicəsinə döyərək ona ağır bədən xəsarətləri yetirib.

Hadisə Türkiyənin Kağızman şəhəri yaxınlığında qeydə alınıb. Sərnişinlərin verdiyi məlumata görə, mübahisəyə səbəb avtobus sürücüsünün yolda əlavə sərnişinlər götürmək məqsədilə tez-tez və uzunmüddətli fasilələr verməsi olub. Bu gecikmələrə etiraz edən naxçıvanlı sərnişin sürücünün qəzəbinə tuş gəlib. Şahidlər sürücünün sərnişini zorla avtobusdan yerə düşürərək asfalta yıxdığını və amansızcasına döydüyünü bildiriblər.

Aldığı ağır zərbələr nəticəsində beyin qanaması keçirən sərnişin hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidi olan digər Naxçıvan sakinləri bu cür hallarla mütəmadi olaraq qarşılaşdıqlarını vurğulayıblar. Sərnişinlər yollarda saatlarla gözlədildiklərini, sürücülər tərəfindən kobud rəftara məruz qaldıqlarını və tez-tez aşağılandıqlarını qeyd ediblər. Zorakılığa məruz qalan sərnişinin yaxınları və digər sərnişinlər aidiyyəti qurumlardan hadisə ilə bağlı təcili araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını tələb edirlər.

Qiymət Mahir


XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər