İyulun 20-dək bu qatar əvvəlki kimi işləməyəcək

İyulun 20-dək bu qatar əvvəlki kimi işləməyəcək
08.07.2026 20:02 Cəmiyyət

Bu gündən, iyulun 20-dək Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək.

TodayPress TV bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Həmçinin bu gündən etibarən iyulun 20-nə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər