Gənclərin iştirakı ilə törədilən qəzalar artır - Ekspertdən XƏBƏRDARLIQ

Cəmiyyət

05.11.2025 17:36

Son vaxtlar ölkədə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb. Xüsusilə gənc sürücülərin törətdiyi qəzalar ağır nəticələrə səbəb olur. 

Bəs bu halların əsas səbəbi nədir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov TodayPress TV-yə bildirib ki, problem çox hallarda sürücülük məktəblərinin qeyri-effektiv fəaliyyətindən qaynaqlanır: 

"Mən deyə bilərəm ki, sürücülük məktəbləri və sürücü kurslarının bir qismi formal fəaliyyət göstərir. Lazımi qaydada sürücülük mədəniyyəti və bacarıqları aşılanmır. Bakı, Sumqayıt, Lənkəran, Gəncə istisna olmaqla, digər şəhərlərdə belə məktəblərin maddi-texniki bazası demək olar ki, yoxdur”. 

Ekspertin sözlərinə görə, gənclərin qısa müddətdə təlim keçərək sükan arxasına keçməsi həm onların, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır. 

Türkan İsgəndərli

tag: Ölkə,Eldəniz Cəfərov,Nəqliyyat ,Sürücü,Todaypress.tv,

photo