Elşad Miri: “Qurban kəsmək doğru deyil!”

Cəmiyyət

04.06.2025 10:51

“Zilhiccə ayı gələndə qurban kəsmək lazımdır və bu, illərlə Qurban bayramı kimi təqdim olunub”.

İlahiyyatçı Elşad Miri bunu TodayPress TV-yə danışarkən deyib.

O, bu anlayışın haradan gəldiyini izah edib: 

“Bu gün Həcc deyilən yerdə təbii ehtiyaclarla bağlı çox ciddi problemlər, natəmizlik yaşanır. Ora yığışanlar üçün də Allah "hədy" nəzərdə tutub. Bu söz hədiyyə sözündəndir və qida və s. məsələlərin həll edilməsi ilə bağlıdır. Bizdə ucuz olduğu üçün əsasən qurban olaraq qoyun kəsilir, sonra paylanılır. Elə ailə var ki, ehtiyacı var, amma hansısa xəstəliyinə - şəkərli diabetə, təzyiqə görə o qoyun əti yeyə bilmir. Ona görə qurban kəsmək doğru deyil. Bunu etmək əvəzinə, nəzərdə tutulan vəsaiti ehtiyacı olanlara, gənclərin təhsilinə xərcləmək daha yaxşı olar”. 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6-sı və 7-də ölkədə Qurban bayramı qeyd ediləcək. 

Qiymət Mahir

tag: Elşad Miri,İlahiyyatçı,Qurban,Bayramı,Todaypress.tv,