Təsviri sənət istiqamətinə aid qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə!
Cəmiyyət
13.07.2025 13:09
3, 1602 və 211-ci komissiyalar üzrə Lənkəran şəhərində qabiliyyət imtahanı verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
TodayPress TV xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, “imtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal və başlanma vaxtı qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
Qabiliyyət imtahanlarının məzmunu ,qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.
tag: İmtahan,DİM,Lənkəran,Qabiliyyət,