DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
Cəmiyyət
09.10.2025 21:15
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin müxtəlif bölgələrində güclü külək əsəcəyi proqnozlaşdırılır. Belə hava şəraiti nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirə, küləyin təsiri ilə avtomobilin hərəkət trayektoriyasına nəzarəti zəiflədə və xüsusilə qoşqulu yük nəqliyyat vasitələrinin idarə olunmasında təhlükə yarada bilər".
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb. Sürücülərə hava və yol şəraitinə uyğun sürət rejimini seçmək, ara məsafəsini qorumaq, ötmə və manevr zamanı ehtiyatlı olmaq, həmçinin avtomobillərin şinlərinin təzyiqini və texniki vəziyyətini əvvəlcədən yoxlamaq tövsiyə olunub:
"Küləkli hava şəraitində açıq yollarda və körpülərdə hərəkət edən sürücülər, xüsusilə yük maşınları, avtobus və mikroavtobus idarə edənlər sükan arxasında daha diqqətli olmalı, ani istiqamət dəyişmələrindən çəkinməlidirlər.
Piyadalara küləkli və ya yağışlı hava şəraitində yolu keçərkən diqqətli olmaq, yalnız piyada keçidlərindən istifadə etmək, həmçinin görünmə şəraitinin məhdud olduğu hallarda geyimlərində işıq əks etdirən elementlərdən istifadə etmək tövsiyə edilir.
Velosiped, skuter və moped sürücülərinə isə belə hava şəraitində balansın itirilməsi və qəfil hadisələrin baş vermə ehtimalının artdığını nəzərə alaraq, ehtiyatlı davranmaq, mümkün qədər kəskin külək və yağış zamanı hərəkətdən çəkinmək məsləhət görülür".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladıb ki, hava şəraitindən asılı olmayaraq, hər bir hərəkət iştirakçısının diqqətli və məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
tag: DYP, Piyada, Azyaşlı, Maşın, tofaypress.tv,
 
        
 
                                ![[[ADY:]] "8 ayda qatarların qarşısına 81 dəfə qəfil insan çıxıb"](/uploads/news/68cd4970a6195.webp) 
                                            ![ƏƏSMN [[1 000-dən çox mənzili]] təkrar satışa çıxardı](/uploads/news/68ce8d56e6a98.webp) 
                                             
                                            ![[[ADY:]] Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir](/uploads/news/68947d4cd0e03.webp) 
                                            ![Azərbaycan qadınının ilham mənbəyi [[- Bahar Muradova yazır...]]](/uploads/news/68ad6f824267c.webp) 
                                            ![[[DOST Agentliyinə]] yeni təyinat oldu](/uploads/news/68ee8e74e8d94.webp) 
                                            ![[[Bakıda]] “Alman Birliyi Günü” qeyd olundu](/uploads/news/68e004e943c8c.webp) 
                                            !["Ev yeməkləri" biznesi sürətlə artır: [[Diqqətli olun!]]](/uploads/news/68e9096d617b9.webp) 
                                            ![[[Rövşən Rzayev]] vətəndaş qəbulu keçirdi](/uploads/news/68a471536a05a.webp) 
                                            ![[[Minatəmizləmə]] üzrə peşə hazırlığı kursu başa çatdı](/uploads/news/687aa45513093.webp) 
                                            